Bank Of Baku

Sabirabadın Mürsəlli kəndində bir ev yanıb

Sabirabadın Mürsəlli kəndində bir ev yanıb
# 17 yanvar 2007 11:47 (UTC +04:00)
Sabirabad rayonunun Mürsəlli kəndində Rüstəm Əşrəf oğlu Süleymanova məxsus ev elektrik enerjisindən od tutaraq yanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, kənd sakinlərinin səyləri ilə yanğının qarşısı alınıb. Yanğın zamanı evə ciddi ziyan dəyib. Ə. Süleymanov və iki yaşlı uşağı orta dərəcədə yanıq xəsarəti alıblar. Onlar Sabirabad Rayon Xəstəxanasına yerləşdiriliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR