Bank Of Baku

Moskvada azərbaycanlı biznesmen Telman İsmayılova məxsus “Çerkizov bazarı” bağlanacaq

Moskvada azərbaycanlı biznesmen Telman İsmayılova məxsus “Çerkizov bazarı” bağlanacaq
# 17 yanvar 2007 13:18 (UTC +04:00)
APA-nın məlumatına görə, Moskvanın istehlak bazarı və xidmət departamentinin rəhbəri Vladimir Malışev azərbaycanlı biznesmen Telman İsmayılova məxsus bazarın ləğvinə 2007-ci ilin iyulundan başlanacaq. Qeyd edək ki, bazar Rusiya İdman və Bədən Tərbiyəsi Universitetinin ərazisində yerləşir. Departament rəhbərinin sözlərinə görə, 2007-ci ilin sonu üçün universitetin ərazisində bir dənə də ticarət obyekti olmamalıdır. Vladimir Malışev bazarın ləğvinə səbəblərdən biri kimi “Çerkizov bazarı”nın kriminal qruplaşmaların toplaşdığı ərazi kimi qeyd olunduğunu deyib. Qeyd edək ki, 2004-cü ildə bazar istiqamətindən universitetə qumbara atılıb, son 6 il ərzində bazarda 4 dəfə yanğın baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR