Bank Of Baku

Balakəndə 20 Yanvar faciəsi ilə bağlı abidə kompleksinin açılış mərasimi keçirilib

Balakəndə 20 Yanvar faciəsi ilə bağlı abidə kompleksinin açılış mərasimi keçirilib
# 18 yanvar 2007 08:58 (UTC +04:00)
Bu gün Balakən rayonunda 20 Yanvar faciəsini əks etdirən abidə kompleksinin açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, 20 Yanvar hadisələrinin 17-ci ildönümü ilə əlaqədar rayonun Şəhidlər Xiyabanı əsaslı təmir edilib, orada 20 Yanvar gününün faciələrini əks etdirən tunc abidə kompleksi ucaldılıb. Rayon ictimaiyyətinin, icra hakimiyyəti aparatının, idarə və təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Mərasimdə çıxış edən natiqlər qanlı 20 Yanvar günündə baş verən hadisələr barədə danışıblar. Tədbirdə Milli Məclisin deputatı Rəbiyyət Aslanova da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR