Bank Of Baku

Ötən il Bakıda 362 min nəqliyyat vasitəsi qeydə alınıb

Ötən il Bakıda 362 min nəqliyyat vasitəsi qeydə alınıb
# 18 yanvar 2007 12:04 (UTC +04:00)
Ötən il Bakı şəhərində 362 min nəqliyyat vasitəsi qeydə alınıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini Heydər İbrahimov məlumat verib. Onun sözlərinə görə, ötən il paytaxtdakı nəqliyyat vasitələrinin 62 faizi texniki baxışa cəlb olunub. H. İbrahimov 2006-cı ildə yol polisi əməkdaşları tərəfindən 1220 avtoxuliqanlıq faktının qeydə alındığını deyib. Rəis müavini Bakı şəhərində 461 yol polisi inspektorunun olduğunu, hər gün onlardan 120-nin xidmətə çıxdığını bildirib: “Yol polisi əməkdaşlarının çatışmaması işimizdə problemlər yaradır”. H. İbrahimov deyib ki, əslində yol polisi əməkdaşlarının sayı 1200 nəfərdən artıq olmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR