Bank Of Baku

“Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü” layihəsinin ilkin mərhələsi yekunlaşıb

“Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü” layihəsinin ilkin mərhələsi yekunlaşıb
# 18 yanvar 2007 12:16 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən birgə həyata keçirilən “Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü” layihəsinin ilkin mərhələsi yekunlaşıb. APA-nın məlumatına görə, komitənin uşaqlarla iş şöbəsinin müdir müavini, layihənin koordinatoru Ceyran Rəhmətullayeva keçirdiyi mətbuat konfransında bildirib ki, layihənin ilkin mərhələsinin başlandığı ötən il noyabrın 26-dan indiyə qədər Azərbaycanın 10 rayonunda 400 nəfər arasında reproduktiv sağlamlıq mövzusunda müxtəlif səpkili görüşlər, müzakirələr keçirilib. Görüşlər zamanı qanunsuz nikahların qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi, Ailə Məcəlləsinə yenidən baxılması, dini kəbin bağlanılarkən nikah müqaviləsinin tərtib edilməsi, ekoloji sahədə tədbirlərin görülməsi təklif olunub. C. Rəhmətullayeva qeyd edib ki, rayonlarda əsas problemlər erkən nikahlar, qan qohumluğu, ailə zorakılığı, QİÇS və narkomaniyanın yayılması ilə bağlıdır. Onun sözlərinə görə, son illər gənclərin sağlamlıqları ilə bağlı həkimə müraciət etməsi faktları artıb. Gənclər üzləşdikləri problemlərlə bağlı əksər vaxtlarda psixoloqa, müəllimlərə və valideynlərə müraciət edirlər. Psixoloqa müraciətlərin böyük qismi ailədə valideynlərlə münasibətlərdəki uyğunsuzluqlarla bağlı olub. Bu problem əsasən ata-oğul münasibətlərində yaranır. Qeyd edək ki, layihə çərçivəsində regionlarda gənclərin problemlərinin həllinə kömək məqsədilə xüsusi mərkəzlərin yaradılması nəzərdə tutulur. Həmin mərkəzlərdə gənclərə tibbi xidmət göstəriləcək, onlara psixoloji, hüquqi məsləhətlər veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR