Bank Of Baku

“İqtisadi inkişafda yeni mərhələ: kommunal və enerji sektorunda islahatlar” mövzusunda dəyirmi masa keçirilib

“İqtisadi inkişafda yeni mərhələ: kommunal və enerji sektorunda islahatlar” mövzusunda dəyirmi masa keçirilib
# 18 yanvar 2007 12:36 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “İqtisadi inkişafda yeni mərhələ: kommunal və enerji sektorunda islahatlar” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini, icra katib Əli Əhmədov bildirib ki, enerji daşıyıcılarının qiymətinin artırılmasından istifadə edərək bəzi siyasi qüvvələr cəmiyyətdə qarışıqlıq yaratmaq istəyir: “Tarif Şurasının qərarı bütövlükdə cəmiyyət tərəfindən anlaşılan kimi qəbul edilir. Bu qərar əhalinin sosial müdafiəsinin aşağı salınmasına yox, effektli iqtisadi siyasətə xidmət edir”. Azərbaycanda enerji daşıyıcılarının qiymətinin artırılmasının ölkədə sosial partlayış yaradacağı barədə söylənilən fikirləri məntiqsiz adlandıran Milli Məclisin iqtisadi siyasət komissiyasının sədrinin müavini Azər Əmiraslanov bildirib ki, bəzi dairələrinin Azərbaycanda inflyasiyanın 50-60 faiz olacağına dair proqnozları populizmə söykənir. A.Əmiraslanov deyib ki, Azərbaycanda iqtisadi keçid dövrünü başa vurmaq üçün enerji daşıyıcılarında qiymət islahatlarının aparılması labüd idi və hətta, hökumət bu məsələdə gecikmiş addım atıb. Tarif Şurasının katibi Elşən Əsədov isə çıxışında 1997-ci ildən bəri Azərbaycanda minimum əmək haqqının 34 dəfə artırıldığını deyib. Onun fikrincə, bunun müqabilində elektrik enerjisinin qiymətinin 3 dəfə artırılması faciə deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR