Bank Of Baku

20 Yanvar - Şəhidlər günü ilə əlaqədar Tehrandan Bakıya veloyürüş keçiriləcək

20 Yanvar - Şəhidlər günü ilə əlaqədar Tehrandan Bakıya veloyürüş keçiriləcək
# 18 yanvar 2007 13:56 (UTC +04:00)
20 Yanvar - Şəhidlər günü ilə bağlı İrandan Azərbaycana veloyürüş keçiriləcək. Bu haqda APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasov məlumat verib. Onun sözlərinə görə, velosipedçilər Təbriz-Biləsuvar-Bakı marşrutu ilə hərəkət edəcəklər: “Sabah 20-dək iranlı velosipedçi Təbrizdən start götürəcək. Onları İranla sərhəddə 10-dək azərbaycanlı velosipedçi qarşılayacaq. Bundan sonra iki ölkə velosipedçiləri birgə Bakıya doğru hərəkət edəcəklər. Onların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə yürüş başa çatacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR