Bank Of Baku

Ötən il Bakıda baş verən 1686 yol qəzası nəticəsində 386 nəfər ölüb

Ötən il Bakıda baş verən 1686 yol qəzası nəticəsində 386 nəfər ölüb
# 18 yanvar 2007 14:57 (UTC +04:00)
Ötən il Bakıda 1686 yol qəzası baş verib ki, nəticədə 386 nəfər ölüb, 1891 nəfər xəsarət alıb. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədov bildirib ki, 2005-ci illə müqayisədə ötən il hadisə və xəsarətlərin sayı qismən çoxalsa da, 46 ölüm hadisəsi azalıb. Ötən il yol qəzasının 53,3%-i (900 hadisə - 223 ölüm, 747 xəsarət) piyada vurma, 51%-i isə (871 hadisə - 259 ölüm, 784 xəsarət) sürət həddini aşmadır. Qəzalar ən çox hərəkətin intensiv olduğu yerlərdə - Heydər Əliyev, Babək, Ziya Bünyadov, Azadlıq prospektləri, Aeroport şosesi və Qara Qarayev küçəsində baş verib. Hadisələr əsasən sutkanın qaranlıq vaxtı - 20.00-00.00 radələrində baş verib. Bu saatlarda 149 ölüm, 571 xəsarətlə nəticələnən 520 yol qəzası baş verib. Buna səbəb kimi süni işıqlandırmanın zəifliyi və sürücülərin qeyri-peşəkarlığı göstərilir. V.Əsədov bildirib ki, ötən il 402 080 yol-hərəkəti qaydasının pozuntusu qeydə alınıb. Bunların 6239-u avtomobilin sərxoş idarə olunması, 7893-ü qəza vəziyyətini yaratma, 1137-i polisə tabe olmamaq, 14988-i qırmızı işıqda keçmə, 1253-ü isə sərnişindaşıma qaydalarının pozulmasıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR