Bank Of Baku

Gəncə Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisinin ölümündə təqsirli bilinən şəxslərin məhkəməsi davam etdirilib

Gəncə Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisinin ölümündə təqsirli bilinən şəxslərin məhkəməsi davam etdirilib
# 18 yanvar 2007 15:11 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İmaməli Əsgərovun sədrliyi ilə Gəncə şəhər Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirli bilinən Zabit Kazımov və Pərviz Məmmədov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, bu gün keçirilən prosesdə hadisə zamanı P. Məmmədovun maşınında olan Bahar Verdiyeva və Gəncə şəhər Yol Polisi Şöbəsinin əməkdaşı İlham Bağırov şahid qismində ifadə veriblər. Sonra Z. Kazımovun vəkili Nərminə Məmmədova vəsatətlə çıxış edib. O, İkram Xəlilova endirilən zərbənin təsiri ilə bağlı təkrar tibbi ekspertizanın keçirilməsini və istintaqa yalan ifadə verən şahidlər barəsində ciddi tədbirlər görülməsini istəyib. Vəsatət yanvarın 19-da keçirilən məhkəmə prosesində müzakirə ediləcək. Xatırladaq ki, Z. Kazımov Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri, maşının sürücüsü P. Məmmədov isə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR