Bank Of Baku

MAU-nun tələbələri ilə bağlı məhkəmə qətnaməsinin elan olunması növbəti dəfə təxirə salınıb

MAU-nun tələbələri ilə bağlı məhkəmə qətnaməsinin elan olunması növbəti dəfə təxirə salınıb
# 18 yanvar 2007 15:21 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələri ilə bağlı məhkəmə qətnaməsinin elan olunması növbəti dəfə təxirə salınıb. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, tələbələrin işi üzrə bu gün Binəqədi rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilib. Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilmiş sorğulara cavab verilmədiyini bildirən hakim Əhməd Sarıyev MAU-nun ləğv olunması ilə bağlı I Saylı İqtisad Məhkəməsinin qərarının məhkəməyə təqdim edilmədiyini də əsas gətirərək prosesin yanvarın 29-na kimi təxirə salındığını bildirib.
Xatırladaq ki, MAU-ya 2004-cü ildə qəbul olmuş 125 tələbə digər özəl ali məktəblərə köçürülmələri ilə bağlı ötən ilin sentyabrından Binəqədi rayon Məhkəməsində iddia qaldırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR