Bank Of Baku

Hacı Məmmədov və dəstəsinin üzvlərinə hökmün oxunması sabah başa çatacaq

Hacı Məmmədov və dəstəsinin üzvlərinə hökmün oxunması sabah başa çatacaq
# 18 yanvar 2007 16:09 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Sədrəddin Hacıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Azər İsmayılovun qətli, prokurorluq əməkdaşı Murad Kazımovun oğurlanması epizodu üzrə məhkəmə hökmünün təfsir hissəsini elan edib. Məhkəmə istintaqı zamanı toplanmış sübutları qiymətləndirən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələri özlərini müdafiə kimi qiymətləndirib. Belə ki, məhkəmənin qənaətincə, Husain Abdulvahabovun günahsızlığı barədə özünün və digər təqsirləndirilənlərin ifadələri və Eldar Rəhimovun “Azərmebel” Sənaye Konserninin rəhbəri Nazim Paşayev və onun sürücüsünün öldürməməsi ilə bağlı ifadəsi Hacı Məmmədovun məhkəmədə verdiyi ifadə ilə təkzib edilib. Novruz Nuriyevin Rəna Nəsibovanı öldürməməsi ilə bağlı məhkəmədə dediklərini əsassız hesab edən məhkəmə onun istintaqda etirafedici ifadəsini, şahid ifadələrini sübut kimi qiymətləndirib. Məhkəmə DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun günahsız olması ilə bağlı ifadəsini H. Məmmədov, Nailə Quliyeva və Fərhad Məmmədbəyovun ifadələri ilə əsasında rədd edib. Təqsirləndirilən şəxslərdən DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinov, Mehman Səmədov və Elçin Əliyevin cinayətləri məhkəmə istintaqı zamanı toplanılanmış sübutlarla təsdiq olunub. Məhkəmə vergidən yayınmaqda təqsirləndirilən İbrahim Bağırovun dəymiş ziyanı ödədiyi üçün cinayət təqibinə xitam verilməsini məqbul hesab edib. Məhkəmə hökmünün nəticə hissəsi sabah elan olunacaq. Qeyd edək ki, bu iş üzrə istintaq materialları 262 cilddən ibarətdir. Cinayət işi üzrə məhkəmə istintaqı 6 ay davam edib. Cinayət işi üzrə 45 nəfər zərərçəkmiş, 191 nəfər şahid kimi tanınıb. Dövlət ittihamçıları bir sıra ağır qətllər, adam oğurluğu və digər cinayətlərdə ittiham olunan dəstə üzvlərindən 10 nəfərinin ömürlük, 13 nəfərinin 10 ildən 15 ilədək, zamində olan şəxslərin isə 2-5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçıları 92 maddə ilə ittiham olunan Hacı Məmmədova üst-üstə 293 il cəza verilməsini xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR