Bank Of Baku

Zaqatalada 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Zaqatalada 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib
# 19 yanvar 2007 08:32 (UTC +04:00)
Zaqatala rayonunda 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Aşağı Tala və Danaçı kəndlərində isə 20 Yanvar faciəsi ilə əlaqədar ucaldılan abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə İH-dən, müvafiq idarə və təşkilatlardan nümayəndələr və kənd sakinləri iştirak ediblər. İcra Hakimiyyətinin başçısı Arif Əsgərovun təşəbbüsü ilə rayondakı şəhid ailələrinə humanitar yardım verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR