Bank Of Baku

Həkim təyinatı olmadan bihuşedici dərman preparatlarından istifadə edən 32 şəxs ölüb

Həkim təyinatı olmadan bihuşedici dərman preparatlarından istifadə edən 32 şəxs ölüb
# 19 yanvar 2007 08:49 (UTC +04:00)
Ötən il respublikada narkotiklərlə bağlı 2309 cinayət qeydə alınıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, qeydə alınan cinayətlərin 1393-ü narkotiklərin saxlanması, 775-i satışı, 127-si isə əkini ilə bağlıdır. Ötən il qanunsuz dövriyyədən 531 kq 133 qr müxtəlif növ narkotik maddələr, 1901 ədəd psixotrop dərman həbləri və 26 ampula çıxarılıb. Bu növ cinayətləri törətdiyinə görə 2007 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 11-i 18 yaşadək, 487-si 30 yaşadək, 1509-u 33 yaşdan yuxarı, 15-i fəhlə, 6-sı qulluqçu, 1926-sı işsiz, 1933-ü kişi, 74-ü qadın, 590-ı əvvəllər məhkum edilənlər olub. Məsuliyyətə cəlb olunanların 82-si əcnəbi vətəndaşlardır. Onlardan 200 kq-dan artıq müxtəlif növ narkotik maddə götürülüb. Əcnəbilərdən 35-i İran, 9-u Rusiya, 32-si Gürcüstan, 2-si İsrail, 1-i Əfqanıstan, 1-i Özbəkistan, 1-i Qazaxıstan, 1-i sə Türkmənistan vətəndaşlarıdır. Həkim təyinatı olmadan bihuşedici dərman preparatlarından istifadə etdiklərinə görə 32 şəxs ölüb. Ötən il ərzində yabanı bitmiş və qanunsuz əkilib-becərilmiş 401 ton narkoxassəli bitkilər aşkarlanaraq məhv edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR