Bank Of Baku

Gəncədə partlayış baş verib, dörd nəfər yaralanıb

Gəncədə partlayış baş verib, dörd nəfər yaralanıb
# 19 yanvar 2007 09:00 (UTC +04:00)
Bu gün səhər saat 07:40 radələrində Gəncə şəhəri Kəpəz rayonu Ağamalıoğlu küçəsi, ev 55 ünvanında məişət qazının sızması nəticəsində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, partlayış nəticəsində ümumi sahəsi 40 kv.m. olan 1 mərtəbəli 2 otaqlı ev tamam yanıb. Ev sahibi 1954-cü il təvəllüdlü Vəliyev Ramiz İsgəndər oğlu, 1993-cü il təvəllüdlü Vəliyev İsgəndər Ramiz oğlu 2-ci və 3-cü dərəcəli yanıq xəsarəti, 1954-cü il təvəllüdlü Vəliyeva Məryəm Nəriman qızı nəfəs yollarının 85%, 1985-ci il təvəllüdlü Vəliyeva Gülnar Ramiz qızı isə bədəninin 45%-i qədər ağır yanıq xəsarəti alaraq, Gəncə şəhəri 3 saylı xəstəxanaya çatdırılıblar. Yanğın saat 08:10-da FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR