Bank Of Baku

Keşlə qəsəbəsində baş verən yanğın nəticəsində bir nəfər ölüb

Keşlə qəsəbəsində baş verən yanğın nəticəsində bir nəfər ölüb
# 19 yanvar 2007 09:13 (UTC +04:00)
Bu gün səhər saat 08.03 radələrində Bakı şəhər, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 29 ünvanında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan 4 otaqlı ev tamam yanıb. Hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi, 1924-cü il təvəllüdlü Rəcəbov Savalan Məmiş oğlunun meyiti aşkarlanıb. Yanğın saat 08.52-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR