Bank Of Baku

Təmiz su və kanalizasiya problemi Avropada gün ərzində 37 uşağın ölümünə səbəb olur

Təmiz su və kanalizasiya problemi Avropada gün ərzində 37 uşağın ölümünə səbəb olur
# 19 yanvar 2007 09:23 (UTC +04:00)
Avropada 100 milyona qədər insanın təmiz su və əsas sanitariya xidmətlərindən istifadə ilə bağlı problemləri var. Bu, gün ərzində diareyadan 37 uşağın ölməsinin səbəblərindən biridir. APA-nın məlumatına görə, bu rəqəmlər Su və Sağlamlıq Problemləri Protokoluna qoşulan ölkələrin hazırda Cenevrədə keçirilən ilk görüşündə səslənib. Avropa İqtisadi Komissiyası və Ümumdünya Səhiyyə Təşkilatının himayəsi altında keçirilən görüşdə protokolun əsaslarının həyata keçirilməsi üçün yaxın 3 ilə nəzərdə tutulan plan hazırlanır. Əsas məqsəd keyfiyyətsiz su və sanitariya şəraitinin olmamasından qaynaqlanan xəstəliklərin sayını azaltmaq və qarşısını almaq üçün proqramın həyata keçirilməsidir. Görüşdə bildirilib ki, çirklənmiş su hövzələrindən yayılan infeksion Şərqi Avropa ölkələri üçün xarakterikdir. Burada əhalinin 16 faizinin su kəmərləri yoxdur. 2006-cı ildə bu regionda 170 min nəfərin diareya, yatalaq, hepatit kimi infeksion xəstəliklərə düçar olmasının əsas səbəbi çirkli sular olub. Qeyd edək ki, Azərbaycanın da üzvü olduğu Su və Sağlamlıq Problemləri Protokolu 1999-cu ildə Londonda qəbul edilib. Protokola 20 ölkə qoşulub. Azərbaycan Cenevrə görüşündə iştirak etmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR