Bank Of Baku

Ağabəy Əsgərov: “Qəzetlərin maliyyə durumunu nəzərə alırıq, amma nəşriyyatın da maliyyə vəziyyəti nəzərə alınmalıdır”

Ağabəy Əsgərov: “Qəzetlərin maliyyə durumunu nəzərə alırıq, amma nəşriyyatın da maliyyə vəziyyəti nəzərə alınmalıdır”
# 19 yanvar 2007 11:26 (UTC +04:00)
“Biz nəşr olunan qəzetlərin maliyyə durumunu nəzərə alırıq, amma nəşriyyatın da maliyyə vəziyyəti nəzərə alınmalıdır. Çünki biz təsərrüfat hesabına işləyən təşkilat kimi özümüz özümüzü dolandırırıq”. APA-nın məlumatına görə, bu fikirləri “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov nəşriyyatda çap və icarə qiymətlərinin artırılması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib. Hələlik qiymətlərin qaldırılması ilə bağlı hesablamaların başa çatmadığını bildirən A. Əsgərov bu prosesin yanvarın sonuna kimi davam edəcəyini qeyd edib: “Ölkədə enerji daşıyıcılarının qiyməti qalxdığından biz gərək rentabelli işləyək. Təsərrüfat hesabına işləyən qurum olduğumuza görə, dövlətdən heç bir kömək, yardım yoxdur. Biz də işçilərimizi dolandırmaq, onlara maaş vermək üçün qiymətləri qaldırmağa məcburuq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR