Bank Of Baku

Qərib Məmmədov: “İnternetdə yerləşdirilən xəritəyə görə narahat olmağa əsas yoxdur”

Qərib Məmmədov: “İnternetdə yerləşdirilən xəritəyə görə narahat olmağa əsas yoxdur”
# 19 yanvar 2007 11:27 (UTC +04:00)
“Maps.google.com xidmətinin internetdə yerləşdirdiyi xəritə ciddi əhəmiyyət daşımır. Bu xəritə özündə heç bir dəqiq koordinatları əks etdirmir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Həmin xəritənin daha çox turistlər üçün əhəmiyyətli olduğunu deyən Q. Məmmədovun sözlərinə görə, google-nin bu xidmətindən narahat olmağa əsas yoxdur: “Dünyada kosmosdan xəritələrin çəkilməsini həyata keçirən 7 məntəqə var. Bunlardan biri də Türkiyədədir. Türkiyədəki məntəqə Polşadan Qazaxıstana qədər ərazini əhatə edir. Azərbaycanla bağlı yalnız bu məntəqənin informasiyaları düzgün ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR