Bank Of Baku

Tərtərdə yerləşən “N” saylı hərbi hissəsində yanvarın 17-də baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb

Tərtərdə yerləşən “N” saylı hərbi hissəsində yanvarın 17-də baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb
# 19 yanvar 2007 11:58 (UTC +04:00)
Müdafiə Nazirliyinin Tərtərdə yerləşən “N” saylı hərbi hissəsində yanvarın 17-də baş vermiş ölüm hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə APA-ya Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Prokurorluqdan bildirilib ki, fakt üzrə araşdırma aparılır. Lakin Hərbi Prokurorluqdan Gəncədə yerləşən hərbi hissədə yanvarın 13-də bir əsgərin digərini öldürməsi barədə yayılan məlumatı təkzib ediblər.
Qeyd edək ki, yanvarın 17-də Tərtərdə yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər Dinar Pənahov xidmət yoldaşı Mahir Gərayevi avtomat silahla qətlə yetirib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bu barədə onlarda məlumat olmadığını deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR