Bank Of Baku

Hacı Məmmədov ömürlük həbs cəzasına məhkum edilib

Hacı Məmmədov ömürlük həbs cəzasına məhkum edilib
# 19 yanvar 2007 12:53 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər Hacı Məmmədov (əmlakı müsadirə olunmaqla), Musa Dabiyev, Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Aslanbek Çintamirov, Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov (əmlakı müsadirə olunmaqla), Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla, dövlət rütbəsi və dövlət təltiflərindən məhrum edilməsinə dair təqdimat verilməklə), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla, dövlət təltiflərindən məhrum edilməsinə dair təqdimat verilməklə), Yagir Məmmədov ömürlük həbs qəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 12 il, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10 il, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9 il, Mehman Həsənov, Fariz Həmidov, Elşən Mirzəyev 8 il müddətinə həbs cəzası alıblar. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) 2 il şərti, Azər Əliyev 2 il şərti azadlıqdan məhrum ediliblər. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət təqibinə xitam verilib. Məhkəmənin qərarı ilə zərərçəkmişlərin qaldırdığı mülki iddialar qismən təmin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR