Bank Of Baku

Samuxda “quş qripi” ilə bağlı monitorinq keçirilib

Samuxda “quş qripi” ilə bağlı monitorinq keçirilib
# 19 yanvar 2007 13:33 (UTC +04:00)
Samux Baytarlıq İdarəsi rayon ərazisində “quş qripi” ilə bağlı monitorinq keçirib. Bu barədə APA-nın Qərb bürosuna Samux Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov məlumat verib. Onun sözlərinə görə, sonuncu monitorinq daha geniş ərazidə aparılıb: ”Əməkdaşlarımız idarəmizin xüsusi avtomobilləri ilə çöl quşlarının topa halında yığıldıqları yerlərdə müşahidələr apardı və həmin ərazilərdə dezinfeksiya işləri həyata keçirildi”. M. Bağırov bildirib ki, monitorinq zamanı çöl quşlarının cəsədlərinə rast gəlinməyib. Bəzi quşlardan götürülən qan analizləri müayinə üçün Bakıdakı laboratoriyaya göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR