Bank Of Baku

“Məhkumların reabilitasiyası haqqında” qanun layihəsi parlamentin gündəliyinə çıxarılacaq

“Məhkumların reabilitasiyası haqqında” qanun layihəsi parlamentin gündəliyinə çıxarılacaq
# 19 yanvar 2007 13:40 (UTC +04:00)
“Məhkumların reabilitasiyası haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə çıxarılacaq. Bunu APA-nın sualına cavab olaraq millət vəkili Elmira Axundova bildirib. Onun sözlərinə görə, qanun layihəsi yanvarın sonu, fevralın əvvəllərində ikinci dəfə Sosial siyasət daimi komissiyasının müzakirəsinə təqdim olunacaq. “Məişət zorakılığı haqqında” qanun layihəsinin hazırlanacağını bildirən E. Axundova “Erkən nikahlar”, “Mərasimlər haqqında” qanunların qəbuluna da zərurət olduğunu vurğulayıb. Onun fikrincə, qeyd olunan sahədə pərakəndəlik var və bu məsələlər qanunla tənzimlənməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR