Bank Of Baku

Gəncə Şəhər Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirli bilinənlərin məhkəməsi təxirə salınıb

Gəncə Şəhər Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirli bilinənlərin məhkəməsi təxirə salınıb
# 19 yanvar 2007 13:51 (UTC +04:00)
Gəncə Şəhər Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirli bilinən Zabit Kazımov və Pərviz Məmmədovun məhkəməsi qeyri-müəyyən vaxta kimi təxirə salınıb. APA-nın məlumatına görə, bu barədə qərar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İmaməli Əsgərovun sədrliyi ilə bu gün keçirilən prosesdə çıxarılıb. Belə ki, dünən keçirilən məhkəmə prosesi zamanı Z. Kazımovun vəkili Nərminə Məmmədovanın İ. Xəlilova endirilən zərbənin təsiri ilə bağlı təkrar tibbi ekspertizanın keçirilməsi haqda vəsatəti təmin olunub. Vəkilin vəsatətinin ikinci hissəsi - istintaqa yalan ifadə verən şahidlər barəsində ciddi tədbirlərin görülməsi, o cümlədən hadisə zamanı polis rəisinin olduğu maşını idarə edən Bəyoğlan Rüstəmovun yol hərəkəti qaydalarını pozduğuna görə barəsində cinayət işinin qaldırılması barədə xahişi rədd olunub.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 21-də gecə 23.30 radələrində baş verib. Z. Kazımova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri, maşının sürücüsü P. Məmmədova Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR