Bank Of Baku

Masallıda xırdabuynuzlu heyvanların ölüm səbəbi ağciyər iltihabıdır

Masallıda xırdabuynuzlu heyvanların ölüm səbəbi ağciyər iltihabıdır
# 19 yanvar 2007 14:22 (UTC +04:00)
Yanvarın 11-də Masallı rayonunun Təklə kəndindəki bir təsərrüfatda 2-3 baş xırdabuynuzlu heyvanın tələf olması barədə yayılmış məlumatlardan dərhal sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) öz mütəxəssislərini həmin bölgəyə ezam edib. Bu barədə APA-ya DBX-dən məlumat verilib. Mütəxəssislər təsərrüfatda nəzarət tədbirləri həyata keçiriblər və heyvan cəsədlərindən nümunələr götürərək DBX-nin laboratoriyasına təqdim ediblər. Bu gün götürülən nümunələrin müayinə işi başa çatdırılıb. Laboratoriyanın verdiyi rəyə görə, heyvanlar pnevmoniyadan (ağciyər iltihabı xəstəliyi) tələf olublar. Təsərrüfatda profilaktik işlər həyata keçirilib və xəstəliyin qarşısı alınıb. DBX fermerlərin və heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, heyvanlara baytarlıq-sanitar qaydalarına uyğun xidmət göstərsinlər, onların qidalanma və saxlanma rejimlərinə xüsusi diqqət yetirsinlər, özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparmasınlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR