Bank Of Baku

Hərbi prokuror Xanlar Vəliyev: “Hərbi cinayətlərin sayı 2005-ci ilə nisbətən 15-17% azalıb”

Hərbi prokuror Xanlar Vəliyev: “Hərbi cinayətlərin sayı 2005-ci ilə nisbətən 15-17% azalıb”
# 20 yanvar 2007 09:08 (UTC +04:00)
“Ötən il Azərbaycan Silahlı Qüvvələrində ölüm halları əvvəlki illərlə eyni səviyyədə qalıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. Prokurorluq tərəfindən problemin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirildiyini deyən X. Vəliyevin sözlərinə görə, proflaktik tədbirlər nəticə verir. X. Vəliyev hərbi cinayətlərin sayı 2005-ci ilə nisbətən 15-17% azaldığını da qeyd edib.
Hərbi prokuror İraqda beynəlxalq sülhyaratma qüvvələrinin tərkibində xidmət keçən Azərbaycanın sülhməramlı kontingentindəki maliyyə araşdırmaları barədə də məlumat verib: “Maliyyə qalmaqalının olması ayrı-ayrı mətbuat orqanlarının şayiəsidir. Amma hərbi hissədə olan müəyyən qanunsuzluqlar barədə məlumatlar Bakı Hərbi Prokurorluğunda araşdırılır. Bununla əlaqədar müvafiq proflaktik tədbirlər də görülür”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR