Bank Of Baku

Ramiz Həsənov: “Ərzaq məhsullarının keyfiyyətini yoxlamaq üçün sınaq laboratoriyaları yaradılacaq”

Ramiz Həsənov: “Ərzaq məhsullarının keyfiyyətini yoxlamaq üçün sınaq laboratoriyaları yaradılacaq”
# 20 yanvar 2007 09:18 (UTC +04:00)
APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin direktoru Ramiz Həsənov bildirib ki, agentliyin tərkibində yaradılacaq sınaq laboratoriyalarında ölkəyə gətirilən bütün malların keyfiyyətini müəyyənləşdirmək mümkün olacaq. Ölkəyə idxal olunan mallara nəzarət etmək üçün rıçaqlarının olmadığını da vurğulayan R. Həsənov məhsulların məcburi sertifikatlaşmaya yönəldilməsi haqda qanun qəbul edildiyini də xatırladıb: “Beynəlxalq təşkilatlar bizdən mallara keyfiyyət sertifikatının verilməsini istəyib. Ancaq bu mexanizm Avropa dövlətlərində həyata keçirilmir və bu ölkələrdən keyfiyyət sertifikatı tələb olunmur. Daha doğrusu, Avropa ölkələrində keyfiyyət sertifikatı məhsulu istehsal edən müəssisə tərəfindən verilir. Biz də bu mexanizmi həyata keçirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR