Bank Of Baku

Gəncə Yanğın Təhlükəsizlik Xidməti İdarəsinə yeni yanğınsöndürən maşınlar verilib

Gəncə Yanğın Təhlükəsizlik Xidməti İdarəsinə yeni yanğınsöndürən maşınlar verilib
# 22 yanvar 2007 09:47 (UTC +04:00)
Gəncə Yanğın Təhlükəsizlik Xidməti İdarəsi (YTXİ) bu günlərdə yeni texnikalar alıb. İdarənin rəisi Şahin Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, texnikalar 8 tonluq su çəninə malik “KamAZ” markalı 3 yanğınsöndürən maşındır. Yanğınsöndürən maşınlardan 2-si YTXİ-nin Kəpəz rayon, 1-i isə Nizami rayon şöbəsinə verilib: “Əvvəllər Gəncədə baş verən yanğınlar zamanı çağırışa çıxan 2 ton 150 litr su tutumuna malik 4 avtomobilin əvəzinə indi yeni aldığımız 8 tonluq yanğınsöndürən maşın bu işin öhdəsindən gələcək”. Ş.Məmmədov onu da əlavə edib ki, yaxın vaxtlarda Gəncə YTXİ-yə Fransa istehsalı olan bir çox yanğınsöndürmə avadanlığın və avtomobillərinin, eləcə də digər texnikaların veriləcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR