Bank Of Baku

Güclü külək Yardımlı, Astara, Lerik rayonlarında enerji və rabitə xətlərinə ciddi ziyan vurub

Güclü külək Yardımlı, Astara, Lerik rayonlarında enerji və rabitə xətlərinə ciddi ziyan vurub
# 22 yanvar 2007 10:03 (UTC +04:00)
Yanvarın 19-da gecədən başlayaraq cənub bölgəsində başlayan güclü külək yanvarın 21-də səhərə yaxın dayanıb. APA-nın cənub bürosunun məlumatına görə, külək Yardımlı, Astara və Lerik rayonlarındakı enerji və rabitə xətlərinə ciddi ziyan vurub. Yardımlıda 10 min kilovatlıq enerji xəttinin keçdiyi 100-dən çox dirək aşıb, elektrik və rabitə xətləri qırılıb. Nəticədə rayonun 91 kəndi işıqsız qalıb, 10-a yaxın yaşayış məntəqəsi ilə telefon rabitəsi kəsilib. Yardımlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyanın sədri Etibar Fərruxov bildirib ki, “Azərenerji”nin təmir-tikinti briqadası rayona ezam olunaraq təbii fəlakətin nəticələrinin aradan qaldırmasına səfərbər edilib. Bakıdan Yardımlıya 58 elektrik dirəyi, 2 transformator, izolyator və elektrik naqilləri göndərilib. E. Fərruxovun sözlərinə görə, artıq 45 kəndə elektrik enerjisinin verilməsi bərpa olunub. Yaxın 2-3 gündə digər 46 yaşayış məntəqəsinə də elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Güclü külək Astaradakı teleötürücü qüllənin gərginlik xəttini qırdığından yanvarın 20-də saat 14-ə kimi rayon əhalisi telekanallara baxa bilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR