Bank Of Baku

Rövşən Əliyevin xanımı İradə Əliyeva Hacı Məmmədovun işi üzrə məhkəmənin hökmünü ədalətli sayır

Rövşən Əliyevin xanımı İradə Əliyeva Hacı Məmmədovun işi üzrə məhkəmənin hökmünü ədalətli sayır
# 22 yanvar 2007 10:08 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında 2002-ci ilin martında qətlə yetirilmiş Respublika Baş Prokurorluğunun İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin xanımı İradə Əliyeva deyib. İ.Əliyeva bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə ədalətli qərar çıxarıb: “Xüsusilə Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirova ömürlük həbs cəzası verilməsi məni məmnun etdi. Onun cinayətləri kifayət qədərdir”. Məhkəmədə R.Əliyevin qətli ilə bağlı bütün qaranlıq məqamların ortaya çıxıb-çıxmadığına gəlincə, İ.Əliyeva buna münasibət bildirmək istəməyib. O, ölkəni tərk etməklə bağlı qərarının da gündəmdə olduğunu qeyd edib: “Mən xaricə getmək istəyirəm, ancaq övladlarım bunun əleyhinədir. Hazırda balaca oğlum ikinci təhsilini alır. O, təhsilini bir il yarımdan sonra başa vuracaq. Hələlik onu gözləyirik. Oğlum məktəbi bitirəndən sonra son qərarımızı verəcəyik”.
Qeyd edək ki, Hacı Məmmədov da daxil olmaqla, dəstənin 10 üzvü ömürlük, digərləri isə müxtəlif müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Ömürlük cəzaya məhkum edilənlər arasında Zakir Nəsirov da var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR