Bank Of Baku

“Euronews” telekanalında Azərbaycanın turizm potensialını əks etdirən rolik nümayiş olunur

“Euronews” telekanalında Azərbaycanın turizm potensialını əks etdirən rolik nümayiş olunur
# 22 yanvar 2007 10:14 (UTC +04:00)
Bu gündən “Euronews” telekanalında Azərbaycanın turizm potensialını əks etdirən videorolikin nümayişinə başlanıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Rusiyanın NTV şirkəti tərəfindən çəkilən 45 saniyəlik rolik martın sonu, aprelin əvvəlinədək nümayiş olunacaq. Roliklərin hazırlanmasında və nümayişində məqsəd Azərbaycan turizmi haqqında təsəvvürləri genişləndirmək, ölkəyə turist axınını artırmaqdır. Roliklərin “Euronews”la yanaşı, “Katar Air”, “Air Franse”, “Lufthansa Air” aviaşirkətlərinin təyyarələrində də nümayiş olunması nəzərdə tutulub.
Xatırladaq ki, ötən ilin son 3 ayında ABŞ-ın CNN telekanalında ilk dəfə olaraq Azərbaycanın turizm potensialı ilə bağlı videorolik nümayiş olunub. Martdan həmin rolik yenidən CNN-də göstəriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR