Bank Of Baku

Azərbaycanda Səddam Hüseynin edam səhnəsini yamsılamaq istəyən daha bir nəfər ölüb

Azərbaycanda Səddam Hüseynin edam səhnəsini yamsılamaq istəyən daha bir nəfər ölüb
# 22 yanvar 2007 10:32 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun kənd sakinlərindən aldığı məlumata görə, N. Orucov İraqın keçmiş prezidenti Səddam Hüseynin edam səhnəsini yamsılayarkən, ölüb. Belə ki, o, bacısına S. Hüseynin özünü asma səhnəsini göstərərkən, ayağının altındakı vedrə aşıb, bunu görən bacısı özünü itirərək, anasını köməyə çağırmağa qaçıb. Anası gələnə qədər isə artıq N. Orucov boğularaq ölüb.
Biləsuvar rayon Polis İdarəsinin əməliyyat müvəkkili Qalib Tağıyev APA-nın Mil-Muğan bürosuna açıqlamasında faktı təsdiqləyib. O da hadisənin Səddam Hüseynin asılmasını imitasiya edərkən baş verdiyini bildirib.
Biləsuvar rayon Prokurorluğunun müstəntiqi Anar Zeynalov da APA-ya açıqlamasında faktı təsdiqləyib və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin açıldığını deyib. Müstəntiq N. Orucovun özünü asması ilə bağlı yaxınlarının dindirildiyini, onların da ölümün S. Hüseynin asılmasının imitasiyası zamanı baş verdiyini təsdiqlədiklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR