Bank Of Baku

Mahaçqalada milis zabiti ailə üzvlərini qətlə yetirib

Mahaçqalada milis zabiti ailə üzvlərini qətlə yetirib
# 22 yanvar 2007 10:45 (UTC +04:00)
Dağıstan Respublikasının paytaxtı Dərbən şəhərində dəhşətli qətl hadisəsi baş verib. APA-nın Dağıstan bürosunun Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən aldığı məlumata görə, yanvarın 21-də axşam saatlarında post-patrul xidmətinin hələlik adı gizli saxlanılan zabitlərdən biri həyat yoldaşı ilə mübahisə zəminində ailə üzvlərinin üzərinə iki əl qumbarası tullayıb. Otaqda baş verən partlayışlar zamanı milis zabitinin qızı və həyat yoldaşı həlak olub, kürəkəni, oğlu və kiçik qızı isə ağır yaralanıblar. Milis zabitinin DİN sistemində işləyən kürəkəni tabel silahı ilə qayınatasını qətlə yetirib. Hadisə ilə bağlı Mahaçqala prokurorluğu cinayət işi qaldırıb./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR