Bank Of Baku

İTV-nin saytını dağıdan hakerlər orada Ermənistan xüsusi xidmət orqanları adından xəbərdarlıq yerləşdiriblər

İTV-nin saytını dağıdan hakerlər orada Ermənistan xüsusi xidmət orqanları adından xəbərdarlıq yerləşdiriblər
# 22 yanvar 2007 10:45 (UTC +04:00)
Azərbaycan İctimai Televiziyasının (İTV) saytı hakerlər tərəfindən dağıdılıb. APA-nın məlumatına görə, saytda Ermənistan xüsusi xidmət orqanlarının qeyri-rəsmi xəbərdarlığı yerləşdirilib. Xəbərdarlıqda bildirilir ki, Azərbaycandan bir nəfər şəxs Ermənistanın dövlət strukturlarının saytlarını dağıdıb və artıq həmin şəxsin kimliyi müəyyənləşdirilib, bu hal bir daha təkrarlanarsa, onun fiziki məhvi həyata keçiriləcək. İTV-nin saytının idarəçisi Cahid Kazımovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09.45-də baş verib. Onun sözlərinə görə, hazırda problemin həlli istiqamətində işlər görülür. C. Kazımov bir neçə gün əvvəl Mixail Qorbaçovun saytının azərbaycanlılar tərəfindən dağıdıldığını xatırladaraq olayı rus hakerlərin törədə biləcəyini ehtimal etdiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR