Bank Of Baku

Yeni doğulan körpəni anasından gizlədərək satan tibbi bacısının məhkəməsi yanvarın 31-nə təyin olunub

Yeni doğulan körpəni anasından gizlədərək satan tibbi bacısının məhkəməsi yanvarın 31-nə təyin olunub
# 22 yanvar 2007 11:12 (UTC +04:00)
APA-nın məlumatına görə, O. Səfərovanın vəkili Mirzəmməd Rəhimov vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz olaraq məhkəməyə verildiyini bildirib. Onun sözlərinə görə, O. Səfərovanın uşağı kiməsə verməsi və satması sübut olunmadığından cinayət işinə xitam verilməlidir. Vəkilin vəsatəti məhkəmənin hazırkı mərhələsində təmin olunmadan saxlanılıb. İş üzrə məhkəmə baxışı yanvarın 31-nə təyin olunub.
Qeyd edək ki, O. Səfərova Cinayət Məcəlləsinin 144-1.2.3-cü maddəsi (adam oğurluğu), Z. Əsgərova isə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, O. Səfərova klinikada Tatyana Leonidova adlı qadının doğumunu təşkil edib və ona uşağının ölü doğulduğunu deyərək sonradan uşağı 1000 dollara Azərbaycan vətəndaşına satıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR