Bank Of Baku

Xocalı soyqırımı ilə bağlı Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə konfrans keçiriləcək

Xocalı soyqırımı ilə bağlı Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə konfrans keçiriləcək
# 22 yanvar 2007 11:14 (UTC +04:00)
Xocalı faciəsinin Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən soyqırım kimi tanınması üçün Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran parlamentdə təmsil olunan partiyaların təmsilçiləri ilə görüşəcək. Bu barədə APA-ya S.Aranın özü məlumat verib. S.Aran bildirib ki, görüşlərdə Xocalı faciəsinin TBMM-də müzakirəsi və bununla bağlı hər hansı qərarın çıxarılmasının vacibliyinə dair təkliflə çıxış edəcək. Baş konsulun fikrincə, Xocalı soyqırımına qədər Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə konfransın keçirilməsi də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR