Bank Of Baku

Beynəlxalq Böhran Qrupunun gürcü-abxaz münaqişəsinin mövcud durumuna dair növbəti hesabatı açıqlanıb

Beynəlxalq Böhran Qrupunun gürcü-abxaz münaqişəsinin mövcud durumuna dair növbəti hesabatı açıqlanıb
# 22 yanvar 2007 11:29 (UTC +04:00)
Beynəlxalq Böhran Qrupunun gürcü-abxaz münaqişəsinin mövcud durumuna dair növbəti hesabatı açıqlanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hesabatda münaqişə tərəfləri danışıqlar prosesini bərpa etməyə, Gürcüstan prezidenti Mixail Saakaşvili isə Abxaziyanın faktiki lideri Sergey Baqapşla görüşə çağırılır. Gürcü-abxaz münaqişəsinin inkişaf dinamikasının xronikası əks olunmuş hesabatda Gürcüstan, tanınmamış Abxaziya Respublikası və Rusiyaya tövsiyələr yer alıb. “İndiki mərhələdə əsas məsələ danışıqların bərpa olunması, qaçqınların Abxaziyanın Qali rayonuna qaytarılması və Abxaziya ərazisindən dəmiryolu xəttinin bərpasıdır. Bundan başqa Rusiya Gürcüstana qarşı iqtisadi sanksiyaları dayandırmalıdır. 2007-ci ildə Gürcüstanla Abxaziya siyasi manevrlərdən imtina etməsə və danışıqlara başlamasa bölgədə hərbi əməliyyatların yenidən başlaması təhlükəsi var. Gürcüstan 2006-cı ilin ortalarında Kodor dərəsində əməliyyata başladıqdan sonra münaqişənin həllinə yönəlik diplomatik cəhdlər dondurulub”. Beynəlxalq Böhran Qrupu beynəlxaql birliyin Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanıdığını bildirib. “Gürcüstan isə Abxaziyanın ölkənin tərkibindən ayrılmasını öz milli təhlükəsizliyi və iqtisadi inkişafı üçün təhlükə hesab edir. Gürcüstan-Rusiya münasibətlərinin kəskinləşməsi və Kodor dərəsində aparılan əməliyyat münaqişənin sülh yolu ilə nizamlanması prosesini ləngidib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR