Ombudsman Elmira Süleymanova Mətbuat Şurasının və Teleradio Şurasının sədrlərinə müraciət edib
23 yanvar 2007 17:02 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova uşaq hüquqlarının müdafiəsi ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, müraciətə səbəb son günlər bir neçə azyaşlı uşağın televiziyalardan aldıqları məlumatlar nəticəsində özlərinə qəsd etməsidir. Müraciətdə uşaqların əqli və mənəvi inkişafa zərər vura biləcək məlumatlardan qorunması məqsədilə lazımi tədbirlərin görülməsi və bu cür halların baş verməməsi üçün vəziyyətin nəzarətdə saxlanılması tövsiyə olunub. /APA/
Hadisə
Bakıda ana və qızını avtomobil vurdu, vəziyyətləri ağırdır
23:29
3 iyun 2024
“Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölüb, Baş Prokurorluq araşdırma aparır - YENİLƏNİB 1
20:33
3 iyun 2024
Masazırda yanğın olub
18:40
3 iyun 2024
Qəbələdə itkin düşən 30 yaşlı kişi tapılıb
18:12
3 iyun 2024