Bank Of Baku

Ötən il Gəncənin Kəpəz Rayon Məhkəməsində 1381 işə baxılıb

Ötən il Gəncənin Kəpəz Rayon Məhkəməsində 1381 işə baxılıb
# 24 yanvar 2007 10:26 (UTC +04:00)
2006-cı il ərzində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində ümumilikdə 1381 işə baxılıb. Bu barədə APA-nın qərb bürosuna məlumat verən Kəpəz Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyevin sözlərinə görə, bunlardan 102-si cinayət, 202-si inzibati, 1077-si isə mülki işdir. Ötən il baxılan cinayət işləri nəticəsində 131 nəfər müxtəlfi maddələrlə məhkum olunub, 57 nəfər azadlıqdan məhrum edilib. F.Əfəndiyevin dediyinə görə, 202 inzibati işdən 21-i polisə müqavimət, 12-si xırda xuliqanlıq, 83-ü avtonəqliyyat və digər işlərdir. Bu müddətdə 1077 mülki işdən 359-u ailə münasibətləri ilə bağlı olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR