Bank Of Baku

Gəncənin Nizami Rayon Hərbi Komissarlığı gənclərin hərbi xidmətdən yayınma hallarının qarşısının alınması məqsədilə tədbirlər planı hazırlayıb

Gəncənin Nizami Rayon Hərbi Komissarlığı gənclərin hərbi xidmətdən yayınma hallarının qarşısının alınması məqsədilə tədbirlər planı hazırlayıb
# 24 yanvar 2007 13:39 (UTC +04:00)
Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığı gənclərin hərbi xidmətdən yayınma hallarının qarşısının alınması məqsədilə hazırladığı tədbirlər planı çərçivəsində orta təhsil müəssisələrdən birində hərbi guşə yaradacaq. Bu barədə APA-nın qərb bürosuna məlumat verən Nizami rayon hərbi komissarı Bəhman Nəsiblinin sözlərinə görə, həmin guşə üçün lazım olan bütün avadanlıqlar Bakıdan gətiriləcək. B. Nəsibli onu da əlavə edib ki, guşənin yaradılacağı təhsil müəssisəsi fevral ayında müəyyənləşəcək: “Hansı təhsil ocağında çağırışa təhkim olunma yüksək səviyyədə olarsa, guşə həmin məktəbin hərbi otağında yaradılacaq”. Komissar bildirib ki, həmin hərbi guşədə olan hərbi avadanlıqların təhlükəsizliyi xüsusi qorunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR