Bank Of Baku

İki qadını qarət edən ruhi-əsəb xəstələrinin məhkəməsi keçirilir

İki qadını qarət edən ruhi-əsəb xəstələrinin məhkəməsi keçirilir
# 24 yanvar 2007 13:41 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rasim Sadıxovun sədrliyi ilə ruhi-əsəb dispanserində intensiv müalicə olunan ruhi xəstələrin işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxslər barəsində ekspertiza rəyləri arasında ziddiyyətlər olduğunu əsas gətirərək işin yenidən ekspertizaya göndərilməsini xahiş edib. Belə ki, Azər Hacıyev, Ramin Əhmədov və Maksim Qasımov barəsində keçirilən stasionar məhkəmə psixiatrik ekspertizanın rəyinə görə, onlar cinayət törədərkən anlaqsız, ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə görə isə anlaqlı vəziyyətdə olublar. Vəkillər isə çıxışlarında bildiriblər ki, təqsirləndirilən şəxslər ruhi xəstədir və bu səbəbdən də işin yenidən ekspertizaya göndərilməsinə ehtiyac yoxdur. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək işin təkrar kompleks ekspertizaya göndərilməsi barədə qərar qəbul edib. Bu səbəbdən də məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Qeyd edək ki, təqsirləndirilənlər Azər Hacıyev, Ramin Əhmədov və Maksim Qasımov 2006-cı il yanvarın 15-də Bakıxanov qəsəbəsində Ofeliya Sadıqova və nəvəsi Aytən Namazovanı bıçaqla hədələyərək onların 20 min ABŞ dolları məbləğində pulunu və 6 min ABŞ dolları dəyərində qızıl zinət əşyalarını alıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR