Bank Of Baku

Gənclər Günü münasibəti ilə Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcək

Gənclər Günü münasibəti ilə Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcək
# 25 yanvar 2007 13:43 (UTC +04:00)
2 fevral - Gənclər Günü münasibəti ilə yanvarın 30-da
Gənclər və İdman Nazirliyinin Kollegiyası nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcək. Bu barədə APA-ya nazirliyin gənclərlə iş sektorundan məlumat daxil olub. “Park İnn” otelində keçiriləcək iclasa gənclər və idman naziri Azad Rəhimov da qatılacaq. İclasda “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın icrasından irəli gələn vəzifələr və dövlət proqramının həyata keçirilməsində gənclər təşkilatlarının rolu, gənclərlə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və yeni qanunların qəbulu ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. İclasda İctimai Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərləri, ictimai birliklər, fondlar və hərəkatların, həmçinin siyasi partiyaların gənclər təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Qeyd edək ki, sözügedən şura 1994-cü ildən etibarən Nazirliyin Kollegiyası nəzdində fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR