Bank Of Baku

“ANS-Commerce” barəsində cinayət işi başlanıb

“ANS-Commerce” barəsində cinayət işi başlanıb
# 25 yanvar 2007 14:03 (UTC +04:00)
Vergilər Nazirliyi yanında Vergi Cinayətləri İbtidai Araşdırması Departamenti ANS Şirkətlər Qrupunun “ANS-Commerce” bölməsində külli miqdarda vergidən yayınma halları aşkarladığına görə cinayət işi başlayıb. Bu barədə APA-ya vergi orqanlardakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, hazırda Cinayət Məcəlləsinin 213.3-cü maddəsi (gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları təşkilatın mühasibat sənədlərinə daxil etməklə, yaxud digər üsulla xeyli miqdarda vergiləri və ya başqa icbari ödənişləri ödəməkdən yayınma) ilə araşdırma aparılır. Departamentin iddiası məhkəmə tərəfindən təsdiq olunsa, maddəyə əsasən üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Vergilər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya “ANS-Commerce”dəki vergi pozuntuları ilə bağlı Vergi Cinayətləri İbtidai Araşdırması Departamentində araşdırma aparıldığını bildiriblər.
Qeyd edək ki, ötən ilin avqust-sentyabr aylarında Vergilər Nazirliyi “ANS-Commerce”-də yoxlamalar aparıb. Yoxlamalardan sonra nazirlik ilkin olaraq vergidən yayınmaya görə, ANS Şirkətlər Qrupuna 31 min AZN məbləğində cərimə tətbiq edib. Bundan razı qalmayan ANS Şirkətlər Qrupu Vergilər Nazirliyinin qərarından 1 saylı İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Hakim Maşallah Əhmədovun sədrliyi ilə keçirilən iclasda ANS Şirkətlər Qrupunun nümayəndələri beynəlxalq auditor təşkilatının və yerli auditorların “ANS-Kommers”də apardığı yoxlamaların nəticələrinin rəylərini məhkəməyə təqdim edib və bu rəylərin Vergilər Nazirliyinin auditorlarının rəyləri ilə uyğun gəlmədiyini sübut etməyə çalışıb. Sənədlər ekspertiza üçün Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutuna təqdim edilsə də, məhkəmə ANS Şirkətlər Qrupunun iddiasını əsassız sayıb. Bundan sonra ANS Şirkətlər Qrupu 1 saylı İqtisad Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR