Bank Of Baku

Xanlar rayonunun 11 kənd məktəbində 22 vakant müəllim yeri var

Xanlar rayonunun 11 kənd məktəbində 22 vakant müəllim yeri var
# 25 yanvar 2007 14:20 (UTC +04:00)
Xanlar rayonunun 11 kənd məktəbində 22 vakant müəllim yeri var. Bu barədə APA-nın qərb burosuna Xanlar Rayon Təhsil İdarəsinin inspektoru Dilarə Mövlayeva məlumat verib. Onun sözlərinə görə, ötən il rayona 11 yeni müəllim kadrı təyinatla gəlib, onlardan 5-i birinci istiqamətdə, 6-sı isə ikinci istiqamətdə məktəblərdə işləyirlər. D. Mölayeva onu da əlavə edib ki, Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərardan sonra bu il rayon mərkəzindən daha uzaq olan məktəblərə müəllimlərin işləməyə gələcəyinə inanır: “Ucqar kənd məktəbində işləyən gənc müəllimlərə 300 manat məvacib və digər kompensasiyalar nəzərdə tutulub. Bundan başqa, kənd bələdiyyələri ilə razılaşdırıb həmin müəllimlərə torpaq sahələri verilməsi də nəzərdə tutulub. Bu şərtlərlə hər bir gənc müəllim ucqar kənd məktəblərində işləməyə ürəklə gedəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR