Bank Of Baku

Surət Hüseynovun dəstə üzvü Elçin Babayevin işi üzrə məhkəmə başlayıb

Surət Hüseynovun dəstə üzvü Elçin Babayevin işi üzrə məhkəmə başlayıb
# 25 yanvar 2007 14:48 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə 1994-95-ci illər ərzində sabiq baş nazir Surət Hüseynovun dəstəsində fəaliyyət göstərmiş və bu müddətdə ölkədə kütləvi iğtişaşlarda iştirak etmiş Elçin Babayevin işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, proses dövlət ittihamçısı İlqar Qurbanovun ittiham aktını elan etməsi ilə başlayıb. İttiham aktına görə, E.Babayev Gəncə yaxınlığında “Üçtəpə” yaşayış sahəsindəki bağ evində Surət Hüseynov, onun qohumu Kəramət Kərimov və digər şəxslərlə birlikdə “Şəhid ailələrinin “Nicat” Müdafiə Komitəsi” adı altında silahlı qruplaşma yaradıb. Onların 1994-cü il oktyabrın 4-də hakimiyyəti ələ keçirmək məqsədilə hazırladıqları sui-qəsdin qarşısı alındıqdan sonra E. Babayev qaçaraq gizlənib, lakin ötən il oktyabrın 4-də Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. İttiham aktından sonra E.Babayevə sərbəst ifadə vermək üçün söz verilsə də, müttəhim bundan imtina edərək istintaqda verdiyi ifadəsinin təsdiq etdiyini bildirib. Hakim E.Babayevin istintaqda verdiyi ifadəsini elan edib. Dövlət ittihamçısının suallarını cavablandıran E.Babayev Azərbaycanda orduya çağırıldıqdan sonra heç bir qruplaşmanın tərkibində dövlətə qarşı vuruşmadığını bildirib: “Əvvəllər Surət Hüseynovun dəstə üzvü olduğumu istintaqdan gizlətmişdim. Ona görə də həbs edilmədim və istintaqdan yayınıb Rusiyaya qaçdım. Rusiyada olduğum müddətdə axtarışda olduğumu bilib Azərbaycana qayıtdım. 2000-ci ildən axtarışda olmağım haqda mənə məlumat verilmişdi. İntiqam Babayevin təşəbbüsü ilə “Nicat” Müdafiə Komitəsinə qəbul olunduqdan sonra ancaq cəbhədə olmuşam və özümdə olan silahla heç kimə güc göstərməmişəm”. Şahid qismində ifadə verən S.Hüseynovun sürücüsü olmuş İ.Babayev “Nicat” Müdafiə Komitəsinin qanunsuz fəaliyyətindən və E.Babayevin silahdan istifadə etməsindən xəbərsiz olduğunu deyib. Digər şahidlər gəlmədiyindən, dövlət ittihamçısı vəsatətlə çıxış edərək cinayətə işi üzrə şahid kimi tanınan şahidlərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul etməsini xahiş edib. Məhkəmə heyəti vəsatəti təmin edib. Proses fevralın 1-də davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR