Bank Of Baku

Elmira Süleymanova Qobustan qapalı həbsxanasında Dəyanət Kərimovla görüşüb

Elmira Süleymanova Qobustan qapalı həbsxanasında Dəyanət Kərimovla görüşüb
# 26 yanvar 2007 09:02 (UTC +04:00)
Dünən İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Qobustan qapalı həbsxanasında olub. Ombudsman həbsxanada ömürlük həbs cəzasına məhkum olunmuş bir neçə dustaqla, o cümlədən Afiyəddin Cəlilovun qətlində və bir neçə ağır cinayətləri törətməkdə təqsirli bilinən Dəyanət Kərimovla görüşüb. Bu barədə APA-ya D. Kərimovun bacısı Nübar Quliyeva məlumat verib. N. Quliyeva bildirib ki, qardaşı Elmira Süleymanovaya törətmədiyi cinayətə görə cəza aldığını deyib: “Dəyanət Kərimov daxili intizam qaydalarına əməl etdiyi üçün bu yaxınlarda həbsxana rəhbərliyinin təşəkkürünü alıb. Amma o, həyatına təhlükə olmasından narahatdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR