Bank Of Baku

Lənkəranın İstisu qəsəbəsində yeni məscid istifadəyə verilib

Lənkəranın İstisu qəsəbəsində yeni məscid istifadəyə verilib
# 26 yanvar 2007 09:13 (UTC +04:00)
Lənkəran rayonunun İstisu qəsəbəsində yeni məscidin açılış mərasimi olub. APA-nın cənub bürosunun məlumatına görə, bu ibadətgah İstisu qəsəbə sakinləri Hacı Fərəc və oğlu Əlizadə Əhədovun şəxsi vəsaiti hesabına tikilib. Mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran zonası üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə bildirib ki, bu gün məscidlərin istifadəyə verilməsi həm müstəqilliyimizin, həm də əhalinin rifah halının yaxşılaşmasının göstəricisidir. Mərasimdə yerli dindarlara təbriklərini və ürək sözlərini çatdıran Lənkəran Şəhər İcra Hakimiyyəti ictimaiyyətlə və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev və rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli respublikamızda dini etiqad azadlığının ən sivil səviyyədə qorunduğunu qeyd ediblər. Namaz qılındıqdan və Quran oxunduqdan sonra yeni məsciddə ehsan süfrəsi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR