Bank Of Baku

Ötən il məşğulluq xidməti orqanları tərəfindən 28 min 76 nəfər işlə təmin edilib

Ötən il məşğulluq xidməti orqanları tərəfindən 28 min 76 nəfər işlə təmin edilib
# 26 yanvar 2007 12:40 (UTC +04:00)
“Ötən il məşğulluq xidməti orqanları tərəfindən 28 min 76 nəfər işlə təmin edilib. Bu, 2005-ci illə müqayisədə 11,1% çoxdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Anar Bədəlbəyli deyib. Onun sözlərinə görə, ötən il 55 əmək yarmarkası keçirilib. Bu yarmarkalarda 3103 müəssisə 26 min 565 vakant iş yeri təklif edib. Yarmarkalarda 40 minə yaxın işsiz iştirak edib. Onlardan 7842 nəfəri işlə təmin olunub. Yarmarkalarda işsizlərin 416-sı peşə hazırlığı, 319-u ictimai işlərə cəlb edilib. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvanda fəaliyyət göstərən əmək birjalarının vasitəsilə 3754 nəfər işsiz müvəqqəti xarakterli iş yerlərinə göndəriş alıb. Onların 1498-i qadın, 202-si qaçqın və məcburi köçkün, 47-si əlildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR