Bank Of Baku

Nərimanov rayonunda itkin düşdüyü bildirilən uşaqları analarının Bərdəyə apardığı məlum olub

Nərimanov rayonunda itkin düşdüyü bildirilən uşaqları analarının Bərdəyə apardığı məlum olub
# 26 yanvar 2007 13:12 (UTC +04:00)
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə 3 azyaşlı uşağın itkin düşməsi ilə bağlı məlumat daxil olub. Bölmənin təhqiqatçısı İlham Quliyev APA-ya açıqlamasında bildirib ki, M. Əhmədzadə küçəsi ev 13A-da yaşayan Dağbəyi Novruzov yanvarın 24-də bölməyə müraciət edərək, övladları Əsmər, Zülfiyyə və Rəşid Novruzovların yanvarın 20-də saat 17.00 radələrində evdən çıxdıqlarını və bir daha geri qayıtmadıqlarını xəbər verib. Təhqiqat zamanı müəyyən olunub ki, D. Novruzovun həyat yoldaşı Fəridə Novruzova uşaqları özü ilə Bərdə rayonuna aparıb. Uşaqların hələlik tapılmadığını deyən İ. Quliyev təhqiqat araşdırmalarının davam etdirildiyini bildirib. Məlumata görə, ər-arvad boşanmaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib. Hazırda onların boşanmaq barədə müraciəti baxılmaq ərəfəsindədir. Digər məlumata görə isə D.Novruzov həyat yoldaşı ilə yola getmədiyindən uşaqları analarından ayıraraq, onu evdən qovub. Bir neçə gün sonra F.Novruzova ərindən xəbərsiz uşaqları özü ilə aparıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR