Bank Of Baku

Qaxda oğurluqla məşğul olan yeniyetmələrdən ibarən cinayətkar dəstə zərərsizləşdirilib

Qaxda oğurluqla məşğul olan yeniyetmələrdən ibarən cinayətkar dəstə zərərsizləşdirilib
# 26 yanvar 2007 13:16 (UTC +04:00)
Qax rayonunda oğurluqla məşğul olan yeniyetmələrdən ibarət cinayətkar qruplaşma zərərsizləşdirilib. Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yeniyetmələrdən təşkil olunmuş qrupa Qax rayon beynəlmiləl məktəbin şagirdi Zaur Alakuaşvili, Qax peşə litseyinin şagirdləri Səbuhi Məmmədov və Elçin Həmidov daxildir. Yeniyetmələrdən ibarət oğru qrupu ötən il Qax rayon ərazisində ayrı-ayrı vaxtlarda küllü miqdarda mobil telefonlar və “Sim kart”lar oğurlayıb. Rayon polis şöbəsinin əməkdaşlarının səyi nəticəsində mobil telefon və sim kart oğurluğu ilə məşğul olan qrup aşkarlanaraq zərərsizləşdirilib. İlkin istintaq zamanı qrupun 10 min manat məbləğində mobil telefon və “Sim-kart” oğurlaması aşkarlanıb. Araşdırmalar davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR