Bank Of Baku

Ünvanlı yardım alacaq aztəminatlı ailələrə adambaşına əlavə 5 manat veriləcək

Ünvanlı yardım alacaq aztəminatlı ailələrə adambaşına əlavə 5 manat veriləcək
# 26 yanvar 2007 13:35 (UTC +04:00)
“Enerji daşıyıcılarının qiymətlərinin dəyişməsi ilə əlaqədar təkcə əlillər yox, bütün Azərbaycan vətəndaşlarının sosial müdafiəsi təmin edilib. Qiymətlərin yüksəlməsi ilə əlaqədar baş verə biləcək fəsadlar, bilavasitə xərc artımına təsir edən amillər tamamilə aradan qaldırılıb”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. O bildirib ki, 15 növ sosial müavinətin hər biri 5-10 manat artırılıb. Nazir ünvanlı sosial yardımın mexanizmində dəyişiklik edilməsinin nəzərdə tutulduğunu açıqlayıb: “Nazirlər Kabinetinə xüsusi tapşırıq verilib ki, enerji daşıyıcılarının, mənzil-kommunal xərclərin artırılması ilə əlaqədar bu xərclərin tamamilə ödənilməsi məqsədilə aztəminatlı ailələr üçün yardımların verilməsi mexanizminə müvafiq dəyişikliklər edilsin. Dəyişikliklərə görə, təyinat almış hər aztəminatlı ailəyə adambaşı 5 manat əlavə vəsait veriləcək”. F. Ələkbərov bildirib ki, yardımların verilməsində ünvanlılığın tam təmin edilməsi ilə bağlı da dəyişikliklər gözlənilir. Bununla əlaqədar təkliflər artıq Nazirlər Kabinetinə təqdim edilib. Təkliflərdə yardımın verilməsi prosesinin sadələşdirilməsi və təşkilati məsələlərin daha da təkmilləşdirilməsi nəzərdə tutulub: “Yardımın göstərilməsi müvəqqəti xarakter daşıyır. 6 aylıq yardımla yüksək səviyyəli həyat tərzi qurmaq qeyri-mümkündür və əhali bunu bilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR